İnvaziv Onkologiya
İnvaziv radiologiyanın xərçəng xəstəlikləri ilə əlaqəli olan sahəsinə “İnvaziv Onkologiya” adı verilir. İnvaziv Onkologiyada sıxlıqla tətbiq edilən əməliyyatlar görüntüləmə rəhbərliyində iynə biopsiyaları, kimyaterapiya portu yerləşdirilməsi, perkutan (dəridən iynə ilə müdaxilə edilərək) ablasiyaları (törəmənin yandırılması) və transarterial (qasıq və ya biləkdən girilərək arteriyadan tətbiq edilən) xərçəng müalicələri olaraq göstərilə bilər. İnvaziv Onkologiya, həm invaziv radiologiya içərisində, həm də xərçəng müalicəsində əhəmiyyəti getdikcə artan bir elm sahəsidir və son illərdəki sürətli inkişafı xərçəng müalicəsində Tibbi Onkologiya, Şüa terapiyası və Cərrahiyyə ilə birlikdə dördüncü təməl müalicə üsulu olaraq qəbul edilmişdir.
İcra olunan prosedurlar :
- Orqanlardan və törəmələrdən görüntüləmə rəhbərliyində ağrısız biopsiya (parça alma) əməliyyatları;
- Qaraciyər, böyrək və ağciyər törəmələrinin iynə ilə müalicələri (radiofrekans, mikrodalğa ve Krioablasiya);
- Qaraciyər və ağciyər törəmələrinin angiografiya ilə damar içindən müalicələri (kimyaembolizasiya, radioembolizasiya);
- Kimyaterapiya portunun ultrasəs və angioqrafiya ilə daha etibarlı yerləşdirilməsi;
- Prostat böyüməsinin angiografiya ilə müalicəsi (prostat arteriyasının embolizasiyası);
- İnvaziv ağrı müalicəsi: xərçənglə bağlı ağrıların iynə ilə müalicəsi