İnvaziv Onkologiya

  İnvaziv radiologiyanın xərçəng xəstəlikləri ilə əlaqəli olan sahəsinə “İnvaziv Onkologiya” adı verilir. İnvaziv Onkologiyada sıxlıqla tətbiq edilən əməliyyatlar görüntüləmə rəhbərliyində iynə biopsiyaları, kimyaterapiya portu yerləşdirilməsi, perkutan  (dəridən iynə ilə müdaxilə edilərək) ablasiyaları (törəmənin yandırılması) və transarterial (qasıq və ya biləkdən girilərək arteriyadan tətbiq edilən) xərçəng müalicələri olaraq göstərilə bilər.