- Tibb təhsilini 2002-2008-ci illərdə Türkiyə Respublikası Marmara Universitetinin Tibb fakultəsində ingilis dilində aldıqdan sonra, 2008-2010-cu illərdə İstanbulun bir sıra özəl xəstəxanalarında və dünyanın müxtəlif fəlakət zonalarında könüllü təcili yardım həkimliyi etmişdir.
- 2010-2015-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakultəsi Radiologiya kafedrasında rezidentura təhsilini tamamlamışdır.
- Elmi Müdafiə işini Dipridamol Stresli Kardiak Perfuziya MRT sahəsində seçmiş və 2015-ci ildə müdafiə etmişdir. Rezidentura təhsilinin 2 ilini İnvaziv Radiologiya şöbəsində keçirərək bu sahədə ixtisaslaşmışdır.
- 2016-cı ildə Türkiyə İnvaziv Radiologiya Cəmiyyətinin sertifikasiya imtahanını verərək İnvaziv Radiologiya Diplomunu əldə etmişdir. Rezidentura illərindən başlayan invaziv radiologiyanın spesifik olaraq onkoloji xəstəliklərlə məşğul olan İnvaziv Onkologiya sahəsindəki klinik təcrübəsini 2018-də Frankfurtda Prof. Thomas J.Voglun yanında davam etdirmişdir.
- İnvaziv Neyroradiologiya təlimini Prof. Özenç Minarecinin fellow-u olaraq 2017-ci ildə tamamlamışdır. 2017-2018-ci illərdə İstanbulun Bezmialem Universitet Xəstəxanasının İnsult Mərkəzinin endovaskulyar mualicə şöbəsini idarə etmişdir.
- 2015-2019-cu illər arasında İstanbulun müxtəlif özəl xəstəxanalarında İnvaziv Radioloq və İnvaziv Onkoloq olaraq fəaliyyət göstərdikdən sonra 2019-cu ildən etibarən Azərbaycan Respublikasındaki fəaliyyətinə başlamışdır.
- 2021-ci ildən etibarən Baku Medical Plaza xəstəxanasında İnvaziv Radioloq, İnvaziv Onkoloq və İnvaziv Neyroradioloq olaraq fəaliyyətini davam etdirir. 2022-ci ildə Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitutu Radiologiya kafedrasında tədris fəaliyyətinə başlamışdır.
Avropa Kardiovaskulyar və İnvaziv Radiologiya Cəmiyyətinin üzvüdür.