İnvaziv radiologiya tibbin sürətlə irəliləyən bir qolu olub radiologiyanin müalicə edici bölümüdür. İnvaziv Radiologiya ürək xəstəlikləri, göz xəstəlikləri mütəxəssisliyi və ya urologiya kimi tək bir sahə və ya orqan sistemləri ilə deyil, bir çox orqan sisteminin əməliyyatla edilən və ya əməliyyatla edilə bilməyən müalicələrini əməliyyatsız üsullarla gerçəkləşdirir.