İnvaziv Radiologiya nədir?
İnvaziv radiologiya tibbin sürətlə irəliləyən bir qolu olub radiologiyanin müalicə edici bölümüdür. Təməlləri 60-cı illərə dayanan İnvaziv Radiologiya müalicələrində əməliyyatların çeşidliliyi, qarmaşıqlığı və dərinliyi son vaxtlarda çox artmışdır. Bu şəkildə çox daha geniş spektrdəki əməliyyatlara aid üsul və metodlar inkişaf etdikcə, daha çətin və toxunulmaz xəstəliklərin invaziv müalicələri mümkün hala gəlmişdir.
İnvaziv Radiologiya ürək xəstəlikləri, göz xəstəlikləri mütəxəssisliyi və ya urologiya kimi tək bir sahə və ya orqan sistemləri ilə deyil, bir çox orqan sisteminin əməliyyatla edilən və ya əməliyyatla edilə bilməyən müalicələrini əməliyyatsız üsullarla gerçəkləşdirir.
İnvaziv radiologiyadaki əməliyyatlar; ultrasəs, floroskopiya və tomoqrafiya kimi görüntüləmə metodları rəhbərliyində cərrahiyyəyə görə daha az invaziv üsullar istifadə olunaraq, çeşidli xəstəliklərin diaqnoz və müalicəsini yönləndirir. Ümumiyyətlə bu əməliyyatlar xəstələr üçün daha asandır. Çünkü geniş kəsiklər yoxdur, daha az ağrı, daha az risk və daha qısa sağalma zamanı ilə əməliyyatlar yekunlaşdırılır.
İnvaziv radioloqlar, kateterləri (bir neçə millimetr qalınlığındaki plastik borular) damarlardan və ya perkutan (dəridən iynə ilə girilərək) görüntüləmə öndərliyində istiqamətləndirirlər. İnvaziv radioloqlar əvvəlcədən əldə edilmiş görüntülər üzərində reallaşdıracağı əməliyyatı planlayırlar. Daha sonra kateteri damarlardan və ya perkutan olaraq görüntüləmə bələdçiliyində (DSA, floroskopiya, ultrasəs cihazı, Kompyuter Tomoqrafiya) istiqamətləndirirlər. Bu əməliyyatlar lokal və lazım olduğunda ümumi anesteziya altında reallaşdırılır.
Icra olunan prosedurlar :
- Böyrək, qaraciyər, süd vəzi, qalxanabənzər vəzi və başqa orqanlardaki kistaların iynə ilə müalicəsi;
- Qalxanabənzər vəz düyünlərinin diaqnozu və iynə ilə ağrısız müalicələri (radiofrekans, mikrodalğa və alkoqol ablasiya);
- Zobun angioqrafiya ilə damar içindən müalicəsi;
- Damar yolu tapıla bilməyən xəstələrdə damar yolu açılması (müvəqqəti və qalıcı hemodializ kateterləri, Picc kateter);
- Yuxu arteriyası, böyrək, bağırsaq, qasıq damarları və ayaq damarlarının darlıqları və tutulmalarının / tıxanıqlıqlarının açılması (balon, stent və qazıma yöntəmləri ilə);
- Diabetik ayaq müalicəsi;
- Kişilərdə varikoselin angioqrafiya ilə damar içindən müalicəsi;
- Hemorroyun (babasil) angioqrafiya ilə damar içindən müalicəsi;
- Vaskulyar malformasiya və hemangiomaların (doğuşdan olan damar anomaliyaları, damar yumaqları və damar törəmələrinin) diaqnozu və açıq əməliyyatsız müalicələri ;
- Aorta və başqa damarlardakı anevrizmaların (damar balonlaşmaları) angioqrafiya ilə damar içindən müalicələri;
- Ayaq damarlarında tromb (laxta) əmələ gəlmə səbəbinin araşdırılması, diaqnozu və angioqrafiya ilə laxta çıxarma, laxta əritmə və stentləmə müalicələri, akut və xroniki dərin vena trombozu müalicələri;
- Öd yollarındaki darlıq və tıxanmaların kateter və stent ilə müalicəsi, öd daşları və öd palçığının diaqnozu və müalicəsi;
- Qanaxma mərkəzlərinin tapılıb angioqrafiya ilə qanaxmanın dayandırılması (mədə, bağırsaq, ağciyər qanaxmaları, doğum sonrası qanaxmaları, travma sonrası qanaxmaları, burun qanaxmaları);
- Prostat böyüməsinin angioqrafiya ilə müalicəsi (prostat arteriyasının embolizasiyası);
- Sidik kanallarındakı tıxanıqlıqların müalicəsi (nefrostomiya, balon müalicəsi və stent yerləşdirilməsi);
- İnvaziv ağrı müalicələri: bel, oma, ayaq, boyun, çiyin, qol ağrıları və xərçənglə bağlı ağrıların iynə ilə müalicəsi;
- Xoşxassəli qaraciyər hemangiomalarının, böyrək angiomiolipomalarının angioqrafiya ilə açıq əməliyyatsız müalicəsi;
- Qarında və ağciyərdə maye yığılmasının qalıcı olaraq müalicəsi.