İnvaziv Radiologiya iləƏməliyyatsız müalicə üsulları
Invaziv Radiologiya diaqnostika sahəsi olan Radiologiyadan fərqli olaraq müalicə edici bir tibb sahəsidir. İnvaziv Radiologiya ürək xəstəlikləri, göz xəstəlikləri mütəxəssisləri və ya urologiya kimi tək bir sahə və ya organ sistemləri ilə deyil, bir çox orqan sisteminin əməliyyatla müalicə edilən və ya əməliyyatla müalicəsi imkansız olan xəstəliklərini əməliyyatsız üsulla müalicə edir. İnvaziv Radiologiyadakı prosedurlar -ultrasəs, floroskopiya və tamoqrafiya kimi görüntüləmə metodları rəhbərliyində cərrahiyyəyə görə daha az riskli üsullar istifadə olunaraq icra olunur.